İcma Qaydaları

Tinder-ə xoş gəlmisiniz!
Tinder mənalı əlaqələrin yarana bildiyi yerdir. Hər şey Sürüşdürmə ilə başlayır. Bəzən uyğun gəlirsiniz. Bəzən isə yox. Bəzən söhbət dərinləşir. Fürsətlər aşıb-daşır. Ehtimallar sonsuzdur. Hər kəs (böyüklər) kəşf etməyə dəvət olunur.

Biz Tinder platformasının hamının başqaları ilə tanış olarkən özləri ola biləcəyi əyləncəli, təhlükəsiz bir məkan olmasını istəyirik. Bu İcma qaydalarının da məqsədi budur – həm tətbiqdə, həm də tətbiqdən kənarda hamının davranışı ilə bağlı gözləntiləri təyin etmək. Odur ki, oxumağa davam edin; bu qaydalara əməl etməmək, xəbərdarlıqdan bloklanmağa qədər real nəticələrə səbəb ola bilər.

Tinder-in qaydaları:

1. Sərhədləri nəzərə alın. Rahatlıq səviyyələri hər insanda fərqli olur. Buna görə də biz ictimai profilinizdə çılpaq görünüş, cinsi məzmun, cinsi istəklər və ya cinsi münasibət axtarmağa icazə vermirik. Şəxsi söhbətlərdə isə tərəflərin razı olması şərtilə bunlara icazə verilir. Razılıq vacibdir.

2. Paylaşarkən ehtiyatla və düşüncəli davranın. Şəxsi məlumatlarınızı və ya insanların sizinlə əlaqə qurmaq yollarını ictimai şəkildə yayımlamayın (telefon nömrələri, e-poçtlar və ya sosial media istifadəçi adları kimi məlumatları ictimai şəkildə göstərməyin). Bank hesabı nömrələrini və ya e-poçt parollarını paylaşmaq həmişə pis fikirdir. Başqalarından da sizə şəxsi məlumatlarını göndərməsini istəməyin. Ehtiyatlı olun, kimsə sizdən pul göndərməyi və ya yatırım etməyi xahiş edirsə, çox güman ki, bu fırıldaqçılıq əlamətidir.

3. Zorakılıqla bağlı məzmundan uzaq olun. Biz nikbinliyi təşviq edirik və qan, ölüm, (insan və ya heyvanlara qarşı) zorakı əməllərin şəkilləri və ya təsvirləri, silah istifadəsi və özünə xəsarət yetirməni təşviq və ya tərənnüm edən hər hansı məzmuna icazə vermirik.

Qaçınılmaz zərər riskinin mövcud olduğunu düşünürüksə, kömək etmək üçün addım atacağıq, məsələn, birbaşa böhran resursları ilə əlaqə saxlayacağıq.

4. Şəxsi əlaqələr yaradın, biznes əlaqələri yox. İzləyicilər əldə etmək, nə isə satmaq, vəsait toplamaq və ya kampaniya aparmaq məqsədilə reklam etməyin, təşviq etməyin və ya sosial media istifadəçi adlarınızı paylaşmayın. Bu həm də o deməkdir ki, Tinder seks işi, eskort xidmətləri və ya ödənişli münasibətlər üçün uyğun məkan deyil. Odur ki, Tinder-dən özünüzə "sponsor" tapmaq üçün istifadə etməyin.

5. Sadəcə özünüz kimi olun. İnsanlar əsl sizinlə tanış olmaq istəyirlər. Saxta personanızla yox. Əyləncə üçün olsa belə, saxta hesab yaratmayın və ya başqa şəxs olduğunuzu iddia etməyin.

6. Hörmətli şəkildə ünsiyyət qurun. Xüsusilə də fərqli insanlarla qarşılıqlı əlaqədə olarkən yeni insanlarla danışmaq çətin ola bilər. Hörmət çox vacib məsələdir.

Söhbət gözlənilmədən yanlış gedirsə, yaxud məyus və ya əsəbi olduğunuzu görsəniz – reaksiya verməzdən əvvəl dayanın və düşünün. Hədələmə, təhdidlər, bullinq, qorxutma, doksinq, cinsi qəsb, şantaj və ya məqsədli şəkildə zərər vermək üçün qəsdən edilən hər hansı hərəkətə icazə verilmir.

Tinder nifrət üçün uyğun məkan deyil. Biz heç vaxt kiminsə necə insan olması, özünü necə insan kimi tanıması və ya necə görünməsinə əsaslanan irqçilik, qərəz, nifrət və ya zorakılığı dəstəkləməyəcəyik. Buraya kiminsə irqi, etnik mənsubiyyəti, milliyyəti, immiqrasiya statusu, kastası, dini, cinsi kimliyi, cinsi oriyentasiyası, əlilliyi, bədən tipi və ya sağlamlıq vəziyyəti kimi xüsusiyyətlər daxildir. Şəxsi meyarlarınıza cavab verməyən kimisə görürsünüzsə, onu bəyənməyin və ya uyğunlaşmadan çıxın və yolunuza davam edin. Siyasətlərimizi pozduqlarını düşünmədiyiniz halda onlar barədə məlumat verməyin.

7. Xəsarət yox, xeyirxahlığı rəhbər tutun. Digər istifadəçiyə zərər verməyi təklif edən, nəzərdə tutan və ya buna səbəb olan hər hansı əməl və ya davranışa, oflayn və ya rəqəmsal formada olmasından asılı olmayaraq, çox ciddi yanaşılacaq. Bura xəsarət yetirməyə çağıran və ya buna təhrik edən hər şey daxildir.

Əgər Tinder-də kimsə sizə zərər veribsə: birincisi, özünüzün qayğısına qalın, ikincisi isə bir az vaxt ayırıb sağalmaq üçün sizə nə lazım olduğuna qərar verin, bu, özünüzə gəlmək üçün nə isə etmək, baş verənləri açıqlamaq, dəstək və ya bunların hamısı birlikdə ola bilər. Uğradığınız zərər barədə bizə məlumat vermək bura daxildirsə, zəhmət olmasa, bizimlə əlaqə saxlayın. Yanınızdayıq.

8. Yalnız böyüklər. Tinder-dən istifadə etmək üçün ən azı 18 yaşınız olmalıdır. Bu həm də o deməkdir ki, biz müşayiətsiz və ya paltarsız yetkinlik yaşına çatmayanların fotolarına, o cümlədən nə qədər şirin olmağınızdan asılı olmayaraq, uşaqlıq fotolarınıza icazə vermirik.

9. Qanuna əməl edin. Heç bir qanunsuz məzmun və ya fəaliyyətə heç bir şəkildə icazə verilmir. Bu o deməkdir ki, siz Tinder-dən narkotik və ya saxta məhsullar almaq və ya satmaq üçün istifadə edə bilməzsiniz və ya kimdənsə qanunu pozmağınıza kömək etməsini istəyə bilməzsiniz. Biz yetkinlik yaşına çatmayanlar və ya insan alveri ilə bağlı hər hansı zərərli fəaliyyəti müdafiə etmək və ya bu fəaliyyətdə iştirak etmək üçün Tinder-dən istifadə edən heç kimə dözümlülük göstərməyəcəyik.

10. Bir nəfər, bir hesab. Hər hesabın yalnız bir sahibi ola bilər. Logistika və məxfilik səbəblərindən eyni hesaba daxil olan birdən çox insanı dəstəkləyə bilmərik, hər bir fərdin özünün hesabı olmalıdır. Həmçinin, bir şəxsin eyni vaxtda birdən çox hesabı ola bilməz.

11. Bu sizin məkanınızdır, öz məzmununuzu yerləşdirin. Bunun üçün sizə razılıq verməyiblərsə, digər insanların şəkillərini və ya şəxsi mesajlarını paylaşmayın. Başqaları tərəfindən müəllif hüququ alınmış və ya ticarət nişanı kimi qeydiyyatdan keçmiş işləri paylaşmayın.

12. Yaxşı Tinder istifadəçisi olun. Tinder-dən sui-istifadə etməyin. Tinder-dən yanlış və ya aldadıcı məlumat yaymaq üçün istifadə etməyin. Zərərli bağlantıları və ya istənməyən məzmunu spam formasında yaymayın. Kütləvi olaraq hesablar yaratmayın. Tinder-dən insanları manipulyasiya etmək, aldatmaq, sizə pul və ya başqa bir şey göndərməyə vadar etmək məqsədilə istifadə etməyin. Dostlarınız və ailənizlə görüşdüyünüz insanlar haqqında danışmaq olar, lakin başqasının məlumatlarını açıq şəkildə paylaşmayın. Yalan, aldadıcı və ya qərəzli məlumat verməyin. Funksiyaları açmaq və ya sistemi öz xeyrinizə işlətmək üçüncü tərəf proqramlarından və ya digər texnologiyalardan istifadə etməyin. Tinder, Match Group və ya onun filialları ilə birbaşa danışarkən hədələməyin, təhdid etməyin və ya bu qaydaları başqa şəkildə pozmayın.

13. Aktiv qalmaq üçün buralarda olun. İki il ərzində Tinder hesabınıza daxil olmasanız, onun istifadə edilmədiyini güman edəcəyik və onu fəaliyyətsizliyə görə silə bilərik. Yəni tətbiqdə görünmək istəyirsinizsə, tətbiqə vaxtaşırı daxil olun.

Məlumat vermə

Tinder icmasının üzvü kimi sizi açıq danışmağa və məlumat verməyə dəvət edirik. Kimsə sizə zərər verirsə və ya İcma Qaydalarımızı pozursa, bu barədə məlumat verin. Verdiyiniz məlumatlar hər zaman məxfi saxlanılır. Məlumat verməklə bizə zərərli davranışı dayandırmağa və başqalarını qorumağa kömək edə bilərsiniz.

Təsir

Biz İcma Qaydalarımıza və onların icmamıza təsirinə ciddi yanaşırıq. İnsanların bunlara əməl etməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik. Bizim xəbərdarlıq sistemimiz var, lakin pozuntular davam edərsə və ya pozuntu ciddi olarsa, buna uyğun tədbir görəcəyik.

Xidmətdən sui-istifadə etdiyinizi və ya Tinder-in qeyri-adekvat, qeyri-qanuni hesab etdiyi və ya İcma Qaydalarımızı və ya İstifadə Şərtlərimizi pozan davranışınızı aşkar etsək, hər hansı satınalmanın geri qaytarılması olmadan hesabları araşdırmaq və/və ya ləğv etmək hüququmuzu özümüzdə saxlayırıq. Bura Xidmətdən kənarda baş verən, lakin Xidmət vasitəsilə tanış olduğunuz digər şəxslərlə bağlı olan hərəkətlər və ya ünsiyyət daxildir.