Üz yoxlaması skanı
Tinder niyə üz skanı tələb edir?
Tinder-i daha real bir məkana çevirmək üçün istifadəçilərdən videoselfi çəkərək biometrik Face Check™ skanını tamamlamalarını tələb edirik. Siz videoselfinizi göndərdikdə bəzi yerlərdə “biometrik məlumat” hesab edilə biləcək üzünüzün həndəsi formaları profil yaşınızı təxmin etmək, fotolarınızı yoxlamaq, saxtakarlığı azaltmaq və başqa heç bir profilin sizə bənzərliyindən istifadə etmədiyinə əmin olmaq üçün istifadə olunur və saxlanır. Videoselfiniz tamamlandıqdan və videoselfinizdəki üzə uyğun aydın tək çəkilmiş üz fotosu yükləndikdən sonra avtomatik olaraq Foto yoxlandı nişanı alacaqsınız.
Bu proses necə baş verir?
Bu proses tezbazar bir video selfi çəkəcək qədər sadədir. Videonun real, canlı şəxs tərəfindən çəkildiyini və rəqəmsal dəyişiklik, yaxud da düzəliş edilmədiyini yoxlamaq üçün üz skanlama texnologiyasından istifadə edirik. Həmçinin, bu texnologiya video selfi və profil fotolarınızda üzünüzü aşkar edərək unikal nömrə (“FaceVector”) yaratmaq üçün üzün həndəsi formasından (“FaceMap”) istifadə edir.
Bu xüsusiyyətin yaratdığı və emal etdiyi verilənlər (“Yoxlama məlumatı”) aşağıda “Yoxlama məlumatlarımdan necə istifadə olunur?” bölməsində göstərilən məqsədlər üçün saxlanır.
Yoxlama məlumatlarımdan necə istifadə olunur?
Videoselfiniz real insan olmağınıza əmin olmaq məqsədilə qiymətləndirilir və sonra dərhal silinir. "FaceMap"inizdən yaşınızı təxmin etmək və videoselfinizdəki şəxsin profil fotolarınızdakı şəxslə eyni şəxs olub-olmadığını yoxlamaq məqsədilə istifadə edilir, "FaceVector"unuz isə başqa hesabların "FaceVector"ları ilə müqayisə edilərək digər heç bir profilin sizə bənzərliyindən istifadə etmədiyinə əmin olmağa kömək edir.
Bununla yanaşı, eyni məlumatdan istifadə edən daha çox əlavə xüsusiyyətlərə daxil olmaq üçün Yoxlama məlumatınızdan istifadə seçimini də aktivləşdirə bilərsiniz.
Videoselfinizin əsli saxlanılmır və profilinizə əlavə edilmir, lakin ən azı 18 yaşınızın olduğunu yoxlamaq (bax: Tinder-də yaş yoxlamaları), bu xüsusiyyəti idarə etmək və bənzərliyinizi təsdiqləmək üçün videoselfinizdən iki kadrı audit məqsədilə saxlayırıq. Müvafiq hallarda, istifadəçilərin ən azı 18 yaşında olduğunu təsdiqləmək (baxın: Tinder-də yaş yoxlamaları), moderator qərarları haqqında məlumat vermək, etimad və təhlükəsizlik alətlərini dəstəkləyən seçilmiş maşın öyrənmə modellərini təlimatlandırmaq və bu cür model və alətəri sınaqdan keçirmək məqsədilə yaşınızın hesablanması və audit şəkilləri kimi materiallardan istifadə edərək qüvvədə olan hüquqi öhdəliklərimizi yerinə yetirə bilərik. FaceMap məlumatlarınız məsələn, Kimlik yoxlaması prosesinin (bax: Tinder-də yaş yoxlamaları) bir hissəsi kimi yaş yoxlamasında da istifadə oluna bilər.
Təsdiqləmə məlumatlarından həmçinin Üz yoxlaması xüsusiyyətimizin müvafiq şəkildə işləməsini təmin etmək üçün nasazlıqları aşkar edərək aradan qaldırmaq, yaxud xidmət və istifadəçilərimizin təhlükəsizliyini təmin etmək lazım gəldikdə istifadə edə bilərik.
Hesabınızı sildikdən sonrakı 30 gün ərzində əvvəlki məlumatlardan istifadə edərək Tinder-də qeydiyyatdan keçsəniz, Üz yoxlamasını yenidən tamamlamağınız məcburi olmayacaq. Bu halda biz Üz yoxlaması statusunuzu təsdiqləmək, dublikat hesabları yoxlamaq və yeni profil fotolarınızı təsdiqləmək üçün Təsdiqləmə datanızdan bu TVS-də göstərildiyi kimi istifadə edəcəyik. Profilinizi bərpa etmək qaydası barədə ətraflı məlumatı burada ala bilərsiniz.
Bu proses başa çatdıqdan sonra hansı məlumatlarım saxlanır?
Zaman keçdikcə fotolarınızı dəyişdiyiniz və yenilədiyiniz üçün, o cümlədən digər hesabların sizə bənzərliyindən istifadə etmədiyinə əmin olmaq məqsədilə profil fotolarınızı yoxlayarkən istifadə etdiyimiz Yoxlama məlumatlarınız saxlanır. Bunun üçün hesab aktiv olduğu müddətdə "FaceMaps" və "FaceVectors" məlumatları saxlanılır və hesab bağlandıqdan sonra Məxfilik siyasətimizə uyğun olaraq 30 gün ərzində sistemimizdən silinir. Məlumatların saxlanmasının müvafiq hüquqi öhdəliyə əməl etmək, xidmətimiz və istifadəçilərimizin təhlükəsizliyini təmin etmək məqsədilə qanunla icazə verilən dərəcədə saxlanması istisna təşkil edir.
Yuxarıda qeyd edildiyi kimi, videoselfinizin əsli saxlanmır və ya profilinizə əlavə edilmir, lakin biz audit məqsədilə videoselfinizdən iki kadrı saxlayırıq. Audit məqsədli kadrlar və Foto yoxlama prosesinin nəticələri (yəni uğurlu olub-olmaması) və təxmini yaşınız hesabınız bağlandıqdan sonra 90 günə (və ya hesaba qadağa qoyulubsa, 1 ilə) qədər saxlanır.
Həmçinin, hesabınızı sildikdən sonra 30 gün ərzində profilinizi bərpa etsəniz, bu TVS-də təsvir olunduğu kimi, yeni hesabınız üçün Təsdiqləmə məlumatlarınızı saxlamağa və istifadə etməyə davam edəcəyik.
Üçüncü tərəflər mənə aid məlumatları əldə edir?
Yoxlama məlumatları Üz yoxlaması xüsusiyyətinin düzgün işləməsini idarə, təmir və təmin etmək üçün yalnız Tinder-in xidmət provayderləri ilə paylaşılır. Təsdiqləmə məlumatları Tinder-in AWS serverlərində etibarlı şəkildə saxlanır.
Tinder Match Group biznes ailəsinin bir hissəsidir və biz Təsdiqləmə məlumatlarını Tərəfdaşlarımız arasında yalnız müvafiq qanunla icazə verilən dərəcədə, bütün Match Group xidmətlərini daha təhlükəsiz etmək (məs. qaydaları pozan hesabların müəyyən edilməsi və qadağan edilməsi) məqsədilə paylaşa bilərik.
ABŞ Rezidentləri: Biz Yoxlama məlumatlarını “satmırıq” və ya “paylaşmırıq”, çünki bu cür şərtlər ştatınızda qüvvədə olan məxfilik qanunu ilə müəyyənləşdirilə bilər.
Yoxlama məlumatlarımı necə silə bilərəm?
Yoxlama məlumatlarınızı tətbiqin parametrlər səhifəsi və ya hesab portalı vasitəsilə Tinder hesabınızı tamamilə bağlayaraq silə bilərsiniz. Bu halda məlumatlarınız yuxarıda təsvir edildiyi kimi və Tinder-in Məxfilik siyasətinə uyğun şəkildə silinir. Hesabınızı silməklə bağlı ətraflı məlumat üçün Tinder hesabının silinməsi bölməsinə daxil olun.
Yoxlama məlumatımı silmək üçün niyə hesabımı silməliyəm?
Əgər Üz yoxlaması xüsusiyyəti üçün üzün biometrik skanının tamamlanmasını tələb edən bir bölgədə yaşayırsınızsa, hesabınızı silmədən Yoxlama məlumatlarınızı silə bilməzsiniz. Bu, Tinder xidmətindən istifadə etmənin bir şərtidir.
Yoxlama məlumatlarım hansı hüquqi səlahiyyət çərçivəsində emal edilir?
Bu məlumatları sizin razılığınızla emal edirik.
Bu, yurisdiksiyanızda tətbiq olunan qanundan asılı olaraq dəyişə bilər. Bəzi yurisdiksiyalarda, məsələn, Birləşmiş Krallıqda əhəmiyyətli ictimai maraq, yaxud da Braziliyada saxtakarlığın qarşısının alınması və elektron sistemlərə qeydiyyat üçün identifikasiya və autentifikasiya proseslərində təhlükəsizlik məqsədilə Yoxlama məlumatlarınızı emal edərkən, şəxsi məlumatlarınızın emalında hüquqi əsas razılıqdan daha fərqli ola bilər. Belə hallarda, qeydiyyat prosesi kontekstində razılıq dedikdə şəxsi məlumatların emalı məqsədləri ilə razılıq deyil, Foto təsdiqlənib nişanı almaq üçün Üz Yoxlama prosesinə razılıq verilməsi nəzərdə tutulur. Bu barədə Məxfilik Siyasətimizdə ətraflı öyrənə bilərsiniz.
Razılığımı necə geri götürə bilərəm?
Sizin razılığınıza əsaslandığımız ölkələrdə razılığınızı Tinder hesabınızı silməklə geri götürə bilərsiniz.
Məxfilik haqlarım da daxil olmaqla, Tinder-in məlumat təcrübələri haqqında daha ətraflı necə öyrənə bilərəm?
Məxfilik siyasətimizə daxil olaraq məxfilik təcrübələrimiz, o cümlədən Hüquqlarınız haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
Kaliforniya sakinləri Tinder-in Kaliforniya məxfilik bəyannaməsinə də istinad edə bilərlər.
Üz yoxlaması harada tələb olunur?
Tinder Üz yoxlaması prosesini mərhələli şəkildə, yerli qanunların icazə verdiyi yerlərdə, iOS, Android və tinder.com ünvanında başladır. Bəzi regionlarda Üz yoxlaması iOS və Android tətbiqlərindən əvvəl tinder.com ünvanında tələb oluna bilər. Həmçinin nəzərə alın ki, Üz yoxlamasının tələb olunduğu regiondakı istifadəçilərə qoşulmaq üçün Passport rejimindən istifadə etməyə başlamazdan əvvəl sizdən Üz yoxlaması tələb edilə bilər.
Problem yarandı?
Video selfi çəkərkən problem yaranırsa, üz skanlama prosesindən çıxıb yenidən başlaya bilərsiniz.
Bəzi ümumi problemləri aşağıda nəzərinizə çatdırırıq:
Üz təqdim olunan müvafiq çərçivədə aydın görünmür
Şəkildəki üz bloklanıb və ya gizlənib
Neytral üz ifadəsi yoxdur
Video təmiz və/və ya aydın deyil
Hər hansı problemlə üzləşsəniz və ya bu proses haqqında rəyinizi bildirmək istəsəniz, bizimlə əlaqə saxlayın!
Başqa sualım yaransa necə?
İstədiyiniz vaxt bizimlə əlaqə saxlayın!